Mahrez rəsmən “Əl-Əhli”də!
28.07.2023 , 16:48

“Mançester Siti”nin futbolçusu Riyad Mahrez karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Korner.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi “Əl-Əhli”yə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mahrez “Mançester Siti”də 236 oyunda 78 qol, 59 məhsuldar ötürmə ilə yadda qalıb.
