“Rəqib çempionatın iddialı klublarından biridir. Biz isə autsayderik. Bu üzdən “Qarabağ”ı oyunun favoriti saymaq olar”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.
Bu gün saat 16:00-da başlayacaq “Qarabağ” – “Kəpəz” oyunu haqda Gəncə klubunun rəsmi saytına açıqlama verən Qurbanov komandasının səfərdə qələbə qazanacağına inanmır:
“Amma görüşün onlar üçün asan olacağını fikirləşmirəm. Gərgin oyun olacaq. Meydanda mübarizə aparıb, ağdamlılara müqavimət göstərməyə çalışacağıq”.
