Mahmud Qurbanov “Neftçi”nin hədiyyələrini təqdim etdi – FOTO
17.01.2020 , 18:15

“Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov, qapıçılar üzrə məşqçi Fuad Əsədov və klub nümayəndələrindən ibarət heyət “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin futbol komandasının üzvləri ilə görüşüb.
Korner.az xəbər verir ki, Qurbanov klubu adından adından İMSİ komandasının üzvlərinə hədiyyələr təqdim edib, onlara MFL çempionatında uğurlar arzulayıb.
