“Digər oyunlara olduğu kimi bu görüşə də normal hazırlaşmışıq”. Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyunla bağlı danışarkən “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.
Qurbanov 1996-1997 və 2004-2005-ci illərdə çıxış etdiyi komanda ilə oyunda qələbə qazanmaq istəyir: “Milli komandanın seçmə oyunu ilə əlaqədar çempionatda fasilə yarandığından, məşq etmək üçün vaxtımız çox idi. Hətta deyərdim ki, yaxşı hazırlıq dövrü keçmişik. Amma bunun nəticəsini qarşıdakı matçda görəcəyik. ”Neftçi” ilə oyuna qələbə əzmi ilə gedirik. Düzdü, rəqib favoritdi, Avroliqada çıxış edir. Buna baxmayaraq, biz qələbə qazanmaq istəyirik. İnşallah, istədiyimiz nəticəni əldə edərik”.
