Premyer Liqansının VI turun çərçivəsində "Kəpəz" səfərdə "Simurq"a məğlub olub – 1:2.
Korner.az-ın məlumatına görə, Gəncə təmsilçisinin baş məşqçisi Mahmud Qurbanov məğlubiyyətə belə şərh verib:
"Futbolçularım bu gün qələbə qazanmaq üçün çox istəkli idi. Oyunun heç-heçə çatması ədalətli nəticə olardı. Əsasən gənc futbolçularla meydana çıxmışdıq. "Simurq"a gələcək oyunlarda uğurlar arzu edirəm".
