"Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov Premyer-liqanın X turunda "Sumqayıt"la oyuna hazırlıq haqda öz fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, çalışdırıcı oyuna plan üzrə hazırlaşdıqlarını bildirib: "Hər şey qaydasındadı. Komandada itkinin olmaması sevindirici haldır. Doğrudur, zədəli futbolçularımız var, lakin onların zədəsi çox ciddi deyil".