Gəncənin “Tərəqqi” klubu “açıq qapı” günü təyin edib. Bu barədə məlumatı klubun mətbuat xidmətindən veriblər.
Korner.az-ın məlumatına görə, iyulun 2-dən etibarən məşqlərə start verəcək komandanın gənc və perspektivli baş məşqçisi Mahmud Qurbanov həmin gün saat 5-dən etibarən Gəncə şəhər stadionunda futbol qabiliyyəti olan və futbolçu kimi özünə güvənən bütün gəncləri baxışa dəvət edir.
Belə ki, bir araya gələn komanda öz futbolçuları ilə yanaşı baxışa gələcək futbolçuları da nəzərdən keçirəcək, onların qabiliyyətinə uyğun seçim ediləcək.
