Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsini icra edən Mahmud Qurbanov Türkiyəyə gedib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Qurbanov PTT 1. Liqasında oktyabrın 26-da, Samsun şəhərindəki “Samsun 19 Mayıs” stadionunda keçiriləcək “Samsunspor” – “Elazığspor” oyununu izləyəcək.
Qeyd edək ki, Cavid İmamverdiyev “Elazığspor”un heyətində çıxış edir.