Bu gün Topaz Premyer Liqasının XI turu çərçivəsində keçirilən "İnter"-"Kəpəz" oyunundan sonra "Kəpəz"-in baş məşqçisi Mahmud Qurbanov öz fikirlərini bilidirib.
"3-cü oyundur ki, hesabda irəli çıxsaq da, məğlub oluruq, Korner.az baş məşqçinin sözlərindən sitat gətirir. Heyətlə bağlı ciddi problemlərimiz var. Bəzi oyunçuların Premyer Liqada oynamasına hələ çox var.
Bəzi oyunçular ele fikirləşir ki qol vurduqsa oyun bitdi. Oyunda intizamı ititirilər".
