"Kəpəz" "Turan"la oyunun hazırlığına start verdi
Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində "Turan"la qarşılaşacaq “Kəpəz” klubu bu oyunun hazırlığına start verib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ancaq komanda məşqə heç də tam heyətlə çıxmayıb.
Baş məşqçi Mahmud Qurbanov "Qarabağ"la kubok matçında oynamış futbolçulara dincəlmək imkanı yaradıb. İstirahətdən bu gün qayıdacaq oyunçular komandaya qoşularaq, hazırlıq prosesində iştirak edəcəklər.
Qeyd edək ki, "Turan" – "Kəpəz" oyunu dekabrın 2-də, saat 14:00-da başlayacaq.
