Mahirli “Konyaspor”dan səfər qələbəsi
16.05.2023 , 23:44

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Konyaspor” Türkiyə Superliqasında növbəti matçına çıxıb.
Korner.az-ın məlumatına görə, Konya təmsilçisi 34-cü tur çərçivəsində bu gün səfərdə “Alanyaspor”la qarşılaşıb.
Görüş Mahirin komandasının 3:0 hesablı qələbəsi ilə bitib.
Emreli bu görüşdə start heyətdə meydanda olub və 64-cü dəqiqədə əvəzlənib.
