Mahirin növbəti testi neqativ olub
12.10.2021 , 21:11

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oktyabrın 11-də verdiyi COVID-19 testi pozitiv nəticələnmişdi.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, bununla bağlı UEFA-ya müvafiq məlumat verilmişdi. Oktyabrın 11-də M.Emrelidən götürülən ekspress-test neqativ olmuşdu.
Bu gün – oktyabrın 12-də futbolçunun növbəti PCR testi də neqativ nəticələnib. Mahir Emrelinin son 24 saat ərzində verdiyi COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı UEFA-ya məlumat verilib.
