Mahirin komandasının növbəti sınağı
10.08.2021 , 10:46

Millimizin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi “Legiya” Çempionlar Liqasında növbəti matçına çıxacaq.
Korner.az-ın məlumatına görə, Varşava təmsilçisi 3-cü təsnifat mərhələsində ilk oyunda səfərdə 1:1 hesablı heç-heçə etdiyi Zaqreb “Dinamo”su ilə evdə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu
10 avqust
23:00. “Legiya” (Polşa, Varşava) – “Dinamo” (Xorvatiya, Zaqreb)
ilk matç – 1:1
