Mahirin komandasından qələbə
28.08.2023 , 11:55

Xorvatiya çempionatında 6-cı turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su doğma meydanda “Riyeka” ilə qarşılaşıb.
Mahirin komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Emreli bu görüşdə 61-ci dəqiqədə meydana buraxılıb.
“Dinamo” 6 turdan sonra 7 xalla 4-cü pillədə qərarlaşıb.
