Mahirin komandasından heç-heçə
08.05.2023 , 11:31
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” Türkiyə Super Liqasının 33-cü turunda “Kayserispor”u qəbul edib.
Korner.az xəbər verir ki, onun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 2:2.
Mahir də bu görüşdə iştirak edib. O, start heyətdə yer alıb və 56-cı dəqiqədə əvəzlənib.