Mahirin komandası səfərdə məğlub oldu
30.05.2023 , 23:42

Türkiyə Super Liqasında XXXVI turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” səfərdə “Sivasspor”la qarşılaşıb və məğlub olub – 0:1.
Qarşılaşmaya start heyətdə başlayan Mahir, 46-cı dəqiqədə əvəzlənib.
