Mahirin Emrelinin bu şəkli gündəm oldu – FOTO
02.05.2023 , 14:15

“Konyaspor”da çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin oyundan əvvəl “Trabzonspor”un baş məşqçisi Naned Belitsa ilə xatirə şəkli çəkdirməsi gündəm olub.
Korner.az xəbər verir ki, Türkiyə mətbuatında müzakirələrə səbəb olan foto ilə bağlı bir neçə xəbər dərc olunub.
Belitsa “Osiyek”in rəhbəri olduğu zaman Mahir Emrelini çox istədiyi və onu komandasında görmək üçün təklif göndərdiyi bildirilib. Ancaq tərəflər arasında heç bir razılaşma olmayıb.
Aydın olub ki, təcrübəli mütəxəssislə o zamandan tanış olan Emreli, oyundan əvvəl Belitsa ilə salamlaşaraq şəkil çəkdirib.
