Futbol

Mahirdən növbəti qol

23.06.2021 , 20:50

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Legiya” yoxlama oyunu keçirib.

Korner.az xəbər verir ki, Varşava təmsilçisi Rusiya “Krasnodar”ı ilə görüşüb. Matç 1:1 hesablı heç-heçə ilə bitib.

Emreli də bu matçın iştirakçısı olub. Komandasının yeganə qolunu da 23 yaşlı forvard vurub. O, 38-ci dəqiqədə hesabı açıb.

Son yazılar

Yuxarı