Türkiyənin “Karşıyaka” klubunun baş məşqçisi Yusuf Şimşək istefa verib.
Korner.az-ın məlumatına görə, buna səbəb onun “Antalyaspor” klubundan gələn təklifi qəbul etməsidir. Bu üzdən də hazırda “Karşıyaka” özünə yeni baş məşqçi axtarışına başlayıb.
Qeyd edək ki, “Karşıyaka”da Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov da çıxış edir. O, məhz Yusuf Şimşəyin istəyi ilə bu komandaya transfer olunmuşdu.
