Türkiyənin PTT 1-ci liqasında IV turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Mahir Şükürovun çıxış etdiyi “Karşıyaka” “Şanlıurfaspor”u qəbul edib.
Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir start heyətində yer alıb və 60-cı dəqiqədə Çiço Ofoedu tərəfindən əvəzlənib.
Qeyd edək ki, “Karşıyaka” 4 turda 4 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
