Türkiyə PTT I Liqasında 6-cı turun oyunları davam edir.
Korner.az-ın məlumatına görə, Mahir Şükürovun çıxış etdiyi “Karşıyaka” doğma meydanda Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi “Qaziantep B.B”-ni qəbul edib.
Oyun “Karşıyaka”nın 5:2 hesab ilə qələbəsi ilə başa çatıb.
“Karşıyaka”nın heyətində Mahir Şükürov 90 dəqiqə meydanda olub və 54-cü dəqiqədə sarı vərəqə alıb. “Qaziantep B.B”-nin heyətində Vaqif Cavadov 54-cü dəqiqədə meydana çıxıb, Rəhman Hacıyev və Ufuk Budak isə iştirak ərizəsinə salınmayıb.
