"Qəbələ"dən ayrıldıqdan sonra bir müddət klubsuz qalan Mahir Şükürov "Neftçi" ilə rəsmi müqavilə bağlayıb.
Korner.az-ın məlumatına görə, Rail Məlikovun "ağ-qaralar"dan qovulmasından sonra onun mövqeyinə cəlb olunan millimizin üzvü yeni klubunda 22 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Mahirin müqavilə müddəti barədə heç bir məlumat verilməyib.
