Türkiyə PTT I Liqasında 7-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Mahir Şükürovlu "Karşıyaka", Branimir Subaşiçli "Manisaspor"un qonağı olub.
Oyun "Karşıyaka"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həm Mahir Şükürov, həm də Branimir Subaşiç 90 dəqiqə meydanda olub. Şükürov 20-ci dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. İlk hissədə Şükürov, ikinci hissədə isə Subaşiç sarı vərəqə alıb.
