Türkiyə PTT I Liqasında 8-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Mahir Şükürovun çıxış etdiyi “Karşıyaka” doğma meydanda “Samsunspor”u qəbul edib.
39-cu dəqiqədə Ofoedunun qolu ilə 1:0 hesabı ilə önə keçən “Karşıyaka”, 87 və 90-cı dəqiqədə buraxdığı qollarla yekunda 1:2 hesabı ilə məğlub olub. Oyuna start heyətində başlayan və 55-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalanan Şükürov sona qədər meydanda olub.
Qeyd edək ki, İzmir təmsilçisi 8 turdan sonra 11 xalla turnir cədvəlinin 8-ci pilləsindədir.
