Türkiyə PTT I Liqasında 10-cu turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Mahir Şükürovun forma geyindiyi "Karşıyaka" "Bucaspor"u qəbul edib.
İzmir derbisində "Karşıyaka" 1:0 hesabı ilə qələbə qazanıb. Şükürov oyuna start heyətində başlayıb və sona qədər meydanda olub.
Qeyd edək ki, "Karşıyaka" 10 turdan sonra 14 xalla turnir cədvəlinin 6-cı pillədə qərarlaşıb.
