"Neftçi"yə gəldiyim üçün xoşbəxtəm. Ölkənin ən titullu və köklü komandasında oynamaq hər bir futbolçunun istəyidir".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun futbolçusu Mahir Şükürov deyib. Müdafiəçi klubun rəsmi saytına açıqlamasında keçidi ilə bağlı danışıb:
"Üstəlik "Neftçi" son iki mövsümdə çempionatın qızıl medallarına sahib olub və Azərbaycanı avrokuboklarda təmsil edir. "Neftçi" rəhbərliyinə və məşqçilər korpusuna minnətdaram ki, mənə etimad göstərib belə bir şansı veriblər. Komandama faydalı olmaq üçün əlimdən gələni edəcəm".
