Milli komandamızın futbolçusu Mahir Şükürov ğzünə yeni klub tapıb. Korner.az-ın məlumatına görə, mövsümlərarası fasilədə “Qəbələ”nin yollarını ayırdığımüdafiəçi "Neftçi" ilə müqavilə bağlayıb. 30 yaşlı müdafiəçi yeni klubunun Çempionlar Liqasındaki çıxışını başa vurduqdan sonra Avroliqada oynayacaq komandanın hazırlığına qatılacaq.
Qeyd edək ki, Mahirin vaxtilə “Neftçi”də oynadığını nəzərə alsaq, bura qayıtdığını demək olar. O, 2006/07 mövsümündə komandanın heyətində çıxış edərək, gümüş medal qazanıb.