Azərbaycan milli komandasının oktyabrın 5-dən etibarən start götürmüş təlim-məşq toplanışına dəvət olunmuş Mahir Şükürov Topaz Premyer Liqasının VIII turu çərçivəsində bu gün keçiriləcək "Neftçi" – "Turan" oyununda iştirak etmək üçün millinin heyətindən 1 günlük ayrılacaq.
Korner.az-ın məlumatına görə, Mahir Şükürov oktyabrın 9-da millinin düşərgəsinə qayıdacaq.