Milli komandamızın üzvü Mahir Şükürov Rusiya-Azərbaycan oyunundan sonra Rusiya mətbuatına müsahibə verib.
Korner.az həmin müsahibəni təqdim edir.
– Oyun haqda nə deyə bilərsiz?
– Belə düşünürlər ki, normal oynadıq – baxmayaraq ki, müdafiədən qurmuşduq oyunu. Ancaq hakim penalti qərarı ilə hər şeyi məhv etdi. Bu olmasaydı, bir xala ümid edə bilərdik.
– Penalti yox idi?
– Yox idi. Ümumiyyətlə, hakim bizim oyunçulara qarşı xoş yanaşmada deyildi.
– Niyə belə düşünürsüz?
– O, ilk dəqiqələrdən bizə qarşı sərt taktika seçdi. Görünür, hələ təcrübəli deyil, gəncdi. Məğlubiyyətimizin əsas günahkarı hakimdi. Onun ucbatından xal qazanmaq imkanını itirdik.
– Rəqib qapısı qarşısında niyə hücum qura bilmədiz?
– Biz rəqibin gücünə görə taktika seçmişdik. Buna görə də müdafiədən oynadıq. Amma hücumda hər şey yolunda getmədi, topla oyunumuz alınmadı.
– Gələn oyunlarda da sizdən eyni şeyi görəcəyik?
– Xeyr, növbəti qarşılaşmalarda hücumameyilli oyun göstərəcəyik. Məncə, baş məşqçi məhz belə də edəcək.
