Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsində martın 22-də qarşılaşacağı Lüksemburqla oyunun hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, millimizin müdafiəçisi Mahir Şükürov qarşıdakı matçla bağlı fikirlərini bildirib:
"Toplanış başlamamışdan öncə iclas keçirildi. Hamımız canla-başla qarşıdakı oyuna hazırlaşırıq. Həm Lüksmeburq, həm də Portuqaliya ilə görüşlər çətin olacaq. Buna baxmayaraq, hər iki oyundan xal götürmək istəyirik".
