“Komanda şəklində toplarlanaraq, fiziki məşqlərimizi davam etdiririk. Əhval-ruhiyyəmiz yüksək səviyyədədir. Bilirik ki, qarşıda bizi uzun marafon gözləyir, Azərbaycan çempionatı və kuboku”.
Korner.az-ın məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Mahir Şükürov deyib.
Futbolçu klubun rəsmi saytına açıqlamasında Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirib:
“Klub prezidenti Sadıq Sadıqov da bu gün komandanın yanındadır və heç bir dəstəyini əsirgəmir. Bu da komanda üçün böyük bir stimuldur. “Neftçi” hər zaman çempionluq üçün oynayıb. Ona görə də öz məsuliyyətimizi dərk edirik. Mən çempionluq yaşamamışam və bunu “Neftçi” ilə yaşamaq istəyirəm. Bu mövsüm Avropa Liqasının qrupunda çıxış etdik. İndi isə çempion olub, Çempionlar Liqasının qrupunda oynamaq istəyirik”.
