“Bilirik ki, bizi çətin oyun gözləyir. Lüksemburq yığmasının Portuqaliya millisi ilə oyununun videoyazısına baxmışıq. Yaxşı komandadır, üstünlüyü evdə oynamalıdır".
Korner.az-ın məlumatına görə, bu sözləri milli komandamızın futbolçusu Mahir Şükürov deyib.
Təcrübəli müdafiəçi Lüksemburqla oyunöncəsi keçirilən mətbuat konfrnsında daha sonra bunlıarı deyib:
"Biz buraya 3 xal dalınca gəlmişik. Bunun üçün əlimizdən gələni edəcyik. Novruz bayramını evdə ailəmizin yanında yox, komanda şəklində keçiririk. İstəyirik ki, qələbəmizlə bayrama bayram qataq. Buradan başıaşağı qayıtmaq istəmirik”.
