big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Mahir Rüstəmli düşünür ki, susmalıyıq, ona təzim etməliyik” (MÜSAHİBƏ)

02.02.2013 , 22:56

Hər şey onun “Futbol+”də dərc olunan “Qırtımov Bələkdə kef edir” başlıqlı məqaləyə tənqidi yazısıyla başladı. Yazısı Korner.az-da yayımlandıqdan sonra “Facebook”-da geniş müzakirə açıldı, bu yazıya görə qınayanlar da oldu, hətta qəzetin baş redaktoru özünün “Facebook” səhifəsində onun ünvanına “uğursuz adam, uğursuz jurnalist” ifadələri işlətdi. Qəzetin şənbə sayında isə köşə yazısında tənqid obyekti seçildi. Yəqin ki, söhbətin Rəsul Şükürsoydan getdiyini anladız.
Təbii ki, barəsində yazılanlar və danışılanlarla razılaşmadı. Əksinə, müdafiəni hücumda qurdu söhbətimizdə və…

 
– Saytımızda yayımlanan son yazın mətbuatda ajiotaja səbəb olub. Razılaşanlar və razılaşmayanlar, hətta fikirlərini daha sərt formada izhar edənlər var. Düşünürdün ki, belə sərt reaksiyalar olacaq?

– Yazıya reaksiya gözləyirdim. Bu yüksək ajiotaj ola da bilərdi, olmaya da. Ancaq bu cür münasibət gözləmirdim.
“Futbol+” “Qırtımov Bələkdə kef edir” başlıqlı məqaləni çap edəndən sonra təxminən 5 gün gözlədim. Əslində qəzetdə gördüyüm yazıya reaksiya verməyi düşünmürdüm də. Sonra gördüm ki, məlum yazını həmin vaxt ölkə xaricində olan “Simurq”a oxutdurmaq üçün elektron mediaya çıxartdılar.  Bir neçə sayt verdi yazını. Ardınca fərqli saytlarda mövzu köşə yazlarına daşındı. Hamısında da xətt eyni idi. İlkin Qırtımov günahlandırılırdı, asılırdı, kəsilirdi. Bu tendenasiyanı görəndə anladım ki, yazının özü ilə bağlı heç kim söz deməyəcək. Belədə məsuliyyəti öz boynuma götürdüm və sözügedən yazını yazdım.
Yazını oxuyanlar a məlumdu ki, orda söhbət sırf jurnalistika prinsiplərinin pozulmasından gedir. Mən keçən 5 gündə də “Futbol+”i almışdım. Eyni zamanda “Facebook”-da ünvanıma ağzına gələni yazan Mahir Rüstəmlini də diqqətlə izləyirdim. Gözləyirdim ki, adam nəhayət səhvə yol verildiyini hansısa formada izad edəcək. O isə nəinki keçən 5 gündə, ondan sonra da baş redaktor məsuliyyəti və konkret məsələnin məğzi ilə bağlı heç nə ifadə etmədi. Ola bilər, özünün dediyi kimi, daxili iclaslarına hansısa fikir ifadə edib.  Ancaq o fikir ictimaiyyətə məlum deyil. O məlumdu ki, Mahir Rüstəmlinin rəhbərlik etdiyi qəzet jurnalistika prinsiplərini növbəti dəfə kobudca pozub və bu reallığın hələ də aktual olmasına baxmayaraq, adamlar öz ayıblarına kor olmaq, ictimaiyyətə izahat vermək əvəzinə, Rəsul Şükürsoyun karyerasındakı uğursuzluqların statistikanın aparmağa girişiblər.
Qəzetin bugünkü sayında yenə də mövzu şəxsiləşdirilib. Mən jurnalistikanın etik kodeksindan danışmışam. Qarşı tərəf isə hansısa Rəşada mənim personamla bağlı köşə yazısı tapşırığı verib. O da öz növbəsində başbilənlərindən heç nə öyrənə bilmədiyini, elə onun rəhbərlərinin jurnalistika haqda hansı anlayışda olduğunu, redaktorlarında Rəsula qarşı aktual olan daxili hissləri göstərib.

– Yəqin ki, bu yazıdan sonra barəndə “qınından çıxıb qınını bəyənməyən” deyənlər də var. Axı sən də bu qəzetin “şinelindən” çıxmısan.

– Mən “Futbol+”də iki dəfə, ayrı-ayrı vaxt aralığında işləmişəm. O qəzetdən öyrəndiyim çox şey olub. Qəzetin 2006-cı ildə ayrıldım, İçtimai Televiziyaya getdim. Bu qəzetin arxivlərini yığan diqqətli oxucular da həmin vaxtın kollektivinin hansı səviyyədə olduğunu bilirlər. İndiki situasiya göstərir ki, deməli, çox şey ondan asılı olsa da, əsl “Futbol+” Mahir Rüstəmli deyilmiş. Bizim işlədiyimiz dövrdə redaksiya heyəti keyfiyyəti, hər şeydən əvvəl, rəqabət şəraitində artırırdı. Bizdən əvvəl İlkin Fikrətoğlu, Səbuhi Səfiyarlı, Anar Şabanoğlu o qəzetə keyfiyyət vermişdi. Mən yeni gələndə daxili şöbədə sadəcə futboldan yazan ciddi imzalar artıq mövcud idi. Bəxtiyar Fətullayev, Eldəniz Yusifov, Coşqun Eldaroğlu və s. adlar çəkə bilərəm. Mən və Rəşad Ergün o qəzetin gəncləri sayılırdıq. Sonra Rəşadın redaktor olduğu dövrdə də yerli futbolla bağlı yazıların keyfiyyəti inkişaf edən xətt üzrə gedirdi.  Qəzet rəhbərliyi redaksiya heyətini əlcək kimi dəyişəndə  fikirləşirdi ki, keyfiyyət göstərcisini qoruya biləcək. Nəticə göz qabağındadı. Mən demirəm ki, “Futbol+”də yazı yazmağı bacaran yoxdu. Amma jurnalistikadan xəbərsizlər yazmağı bacaranların da əməyini yerə vurur. Onların nə düşünməyindən asılı olmayaraq, mən “Futbol+”i indi də öz qəzetim hesab edirəm. O qəzeti tənqid edən bütün yazılarım da görmək istədiyim “Futbol+”i görə bilməməyin yanğısıdı. Mahir Rüstəmli mənim indiki hisslərimi, düşüncələrimi heç vaxt anlamayacaq. O düşünür ki, qəzetin bizə aidiyyəti yoxdu. Biz gəlmişik və getmişik. Və Rüstəmlinin bu münasibətinin qarşılığında da hər yerdə deməliyik ki, “Futbol+” bizim məktəbimizdi. Həmin məktəbin yubileylərində unudulsaq da, qəzetə verdiklərimizin müqabilində dırnaqarası əməkdar jurnalist adına layiq görülsək də, susmalıyıq, ona təzim etməlyik.
Mövzumuz əslində bu deyil. Mən heç istəməzdim də, adi bir yazı Rəsul Şükürsoy – “Futbol+” kontekstinə çəkilsin. Ancaq yeri gəlmişkən, bunları ifadə etdim. Həm də düşünürəm ki, o qəzetdə gözünün nurunu tökmüş, ancaq qiyməti bilinməyən bir çox həmkarımın demək istədiklərini dedim.

– Artıq məsələ QHT-lərin də diqqət mərkəzinə düşüb. Mövzunu onlarla birlikdə davam etdirmək fikrin var?

– Heç bir addım atmaq fikrində deyiləm. Mənim onlarla düşmənçiliyim yoxdu. Yazımda hansı qaydaların pozulduğunu qeyd etmişəm. Əslində mənim missiyam o yazı ilə də bitib. Sonradan, inanın ki, xəbərim olmadan digər reaksiyalar ortaya çıxdı. Təbii ki, məni dəstəkləyən həmkarlarımdan da çox razıyam. Çünki bu yazıya ciddi reaksiya mütləq olmalı idi. Əgər QHT-lər səviyyəsində reaksiya varsa, deməli, mən düzgün iş tutmuşam. Söhbət sırf jurnalistin etik kodeksindən gedir. Hansı ki, mənim jurnalist olmadığımı iddia edənlər həmin kodeksi öyrənməyə, ona riayət etməyə məcburdular. Yeri gəlmişkən, Mahir Rüstəmli “Facebook”-da ona qarşı müxalifətin formalaşdığını yazıb. Bu həddindən artıq cəfəng fikirdi. Mən Saleh Arslanın rəhbərlik etdiyi “Korner.az” saytı üçün yazıram. Qəzet deyil ki, “Futbol+” ilə hansısa formada rəqabət apara. Heç qəzet bazarında da “Futbol+”in sahib olduğu dövrülükdə ikinci qəzet yoxdu. Mahir Rüstəmlinin qəzeti bütün imkanları ilə bazarda rəqibsiz göründüyü halda, mənim ona zərbə vurmaqda nə məqsədim ola bilər?

– “Futbol+”in son sayında haqqında ittihamlar səslənib. Yəqin ki, yazını oxumusan.

– Oxudum. Menecerliyimə kinayə etməyə çalışıblar. Müəllif düz deyir, mən onun kimi uğurlu menecer deyiləm. “Tansfermarket”də çalışdığım dövrdə həmin Rəşad məndən daha yaxşı menecerlik edirdi. İman Həsənovla danışmışdılar. “Sumqayıt”ı Gürcüstana təlim-məşq toplanışına göndərirdilər. Bundan əvvəl, Ramal Hüseynovu İsveç klubuna baxışa apardığım vaxt zəng vurmuşdu, Orxan Rəcəbovu təklif edirdi. Şübhə etmirəm ki, “Futbol+”də hal-hazırda məndən daha uğurlu menecerlər çalışır.Rəşad yaxşı menecer olsa da, yadından çıxartmasın ki, həmin qəzetdə ona qədər 40 yaşında müxbir işləməyib. Bir insanın 40 yaşındakı uğuru “Futbol+”in reportyoru olmaqdısa, deməli, çox “perspektivlidi”. Biz onun perspektivinə inanırıq. Yazır ki, “bir atalar sözü var: susmaq razılıq əlamətidi”. Yəqin 50 yaşında da “susmaq razılıq əlamətidi”in atalar sözü yox, zərb-məsəl olduğunu öyrənəcək. Amma çətin. Gərək, öyrədəni olsun. O qəzet çapa gedənə qədər iki redaktor əlindən keçib. “Futbol+”in çapa gedən “atalar sözü” budusa, onda əsl atalar sözünu mən deyim, Rəşad öyrənsin: qırxında öyrənən, gorunda çalar!
Bu adamın nə qədər jurnalist olduğunu “Neftçi” – “Partizan” oyununun mətbuat konfransında görmüşdüm. Lap ön cərgədən Böyükağa Hacıyevin zəhləsini tökmüşdü. Sual verirdi ki, siz niyə müdafiədən oynadız? Məşqçiyə “taktiki dərs” verirdi. Həmin vaxt, zaldakı digər həmkarları şəhadət barmaqlarını gicgahlarında fırladıb Rəşadı obrazlaşdırırdılar.  Həqiqətən də, əksinə, “Neftçi” məhz ikinci hissədə hücumda oynadığı üçün növbəti qolu buraxmışdı. Bunun əksini iddia edən Rəşadın biabırçılığında “Futbol+”in növbəti sayında Mahir Rüstəmlinin də həmin məzmunda – “Neftçi” niyə müdafiədən oynadı” sualıya dəstək verdiyini görəndə “balığın hardan iyləndiyini” anlamışdım.
Yazıb ki, Qırtımov mövzusundansa, Cavid İmamverdiyevdən yazmalıyıq. Belə məlum olur ki, adamın  dünyadan xəbəri olmadığı kimi, Korner.az-da verilən “Gəlin, sizə bir “Dinamo” nağılı danışım” başlıqlı yazımdan da xəbəri yoxdu. Və bu adamı önə verib, mənim əleyhimə köşə yazdırırlar. Çünki Mahir Rüstəmli üçün Həbib, Rəşad, Əli, Vəli sadəcə addı. Onları bu şəkildə ortaya atmaq olar. Hər şey yazdırmaq olar. Mahir Rüstəmli isə ad və soyaddı.

– Səncə, bütün bu mübahisələr məhkəmə salonlarına keçəcək?

– Mən “Futbol+”in bu olanların bədəlini ağır ödəməsini istəmirəm. Mahir Rüstəmlidən asılıdı. Ya çıxacaq yol verilmiş pozuntunu izah edəcək, ya da prosesin davamını hüquq müdafiəçilərinin atacağı addımlar müşayiət edəcək. Bu olmalıdı. Çünki o qəzetin redaktor heyəti üçün həyəcan təbili çoxdan çalınır.

– Doğrudanmı, hazırda paralel olaraq menecerliklə məşğulsan?

– Əvvəlcə bu absurd ittihamları irəli sürənlər  Biləcəridən o tərəfə çıxsınlar. Artıq dünyada futbol funksioneri anlayışı ümumiləşir. Mən müstəqil jurnalistəm. Hansısa qəzetin ştatlı işçisi olsam, bütün kənar fəaliyyətlərimi dayandıraram. Ancaq hər kəs yaxşı bilir ki, heç vaxt jurnalist kimliyimi digər işlərimdə vasitə etməmişəm. Mən bu peşənin bayrağını həmişə şərəfimlə daşımışam. Əksini iddia edən varsa, fakt ortaya qoysun, jurnalistika ilə birdəfəlik qurtararam. Mən nə jurnalist kimi futbolçu satmışam, nə də menecer kimi yazı yazmışam. İnandırım sizi, məsələn, “Simurq”un prezidenti Anar Bəkirov bəlkə də məni tanımır. Heç mən də onu görməmişəm, necə quruluşda adam olduğunu bilmirəm, ünsiyyətimiz olmayıb. Mənim Azərbaycanda gördüyüm yeganə iş Ruslan Zubkovun AZAL-a transferidi. Bunu da jurnalist olduğuma görə deyil, o futbolçu Vaqif Sadıqovun xoşuna gəldiyinə görə etmişəm. İndi Ruslanı da qaralayırlar. Amma unudurlar ki, Namiq Məstənov kimi bir adamın Zubkov soy adından danışmağa ən azı mənəvi haqqı yoxdu. Namiqin kim olduğu hamıya məlumdu. Zubkov isə futbolda həm də məşhur babasının nəvəsi, məşhur atasının oğludu. Nə isə, bu da “Futbol+”də işlənmiş növbəti qarayaxma xarakterli yazıdı.  İndi utanmırlar, o məntiqlə də hələ məni tənqid edirlər.

– Belə başa düşdük ki, köşə yazılarına davam edəcəksən.

– Əlbəttə. Yazmağa ona görə başladım ki, buna ehtiyac olduğunu hiss etdim. Elə bu qeyri-peşəkar xətt mənim və mənim kimi peşənin xüsusiyyətləri üzrə ixtisaslaşmış olanların yazmaması ucbatından inkişaf etdi. Bundan sonra daimi yazmağı düşünürəm. Məni başqa sahəyə “calayanlar” ümid etməsinlər ki, lələ gedib, yurdu boşdu.

Qeyd: Qarşı tərəfin də fikirlərini yayımlamağa hazırıq.

Son yazılar

To Top