Mahir qol vurdu, komandası qalib gəldi
03.07.2023 , 23:56

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının heyətində növbəti qolunu vurub.
Korner.az xəbər verir ki, 26 yaşlı hücumçu Bolqarıstanın ÇSKA 1948 komandasına qarşı keçirdikləri yoxlama oyununda fərqlənib.
Təcrübəli forvard 21-ci dəqiqədə rəqib qapısına yol tapmaqla görüşdə ilk qolun müəllifi olub.
Bu görüşdə Mahirin komandası 3:2 hesablı qələbə qazanıb.
