Futbol

Mahir penaletini qaçırdı, komandası “Lester”ə uduzdu – VİDEO

26.11.2021 , 11:20

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi  “Legiya” bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyununu keçirib.

Varşava təmsilçisi “Lester”in qonağı olub. Matç meydan sahiblərinin  3:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir görüşdə meydana start heyətdə daxil olub.  O, 26-cı dəqiqədə penaltini yerinə yetirə bilməsə də, komanda yoldaşı Filip Mladenoviç təkrar zərbə ilə “Legiya”nın yeganə qolunu vurub.  Mahir 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu komandalar arasında Polşada oynanılan ilk görüşdə “Legiya” 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu məhz millimizin üzvü vurub.

“Lester” – “Legiya” 3:1

Qollar: Patson Daka, 11, Ceyms Meddison, 21, Vilfred Ndidi, 33 – Filip Mladenovic, 27

 

Son yazılar

Yuxarı