Mahir məşqlərə başladı
29.03.2023 , 20:43

Azərbaycan millisinin “Konyaspor”da çıxış edən üzvü Mahir Emreli zədəsini sağaldıb.
Korner.az xəbər verir ki, o, bu gün komanda ilə məşqlərə başlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı hücumçu Super Liqanın 26-cı turunda “Ümraniyespor”a qarşı keçirəcəkləri oyun üçün hazırlıq prosesinə qatılıb.
“Umraniyespor” – “Konyaspor” oyunu aprelin 2-də keçiriləcək.
