Azərbaycan kubokunun 25 illik tarixində əlamətdar hadisə baş verib.
Korner.az-ın məlumatına görə, hal-hazırda Azərbaycan kubokunun “Qarabağ”la “Qəbələ” arasında davam edən final matçında (2-0) hesabı açan Mahir Mədətov turnirin yubiley 3000-ci qolunu vurub.
İndiyədək bu turnirdə 2999 qol vurulmuşdu. Cari mövsümədək bu rəqəm 965 matçda 2929 qol idi. Bu mövsüm isə kubokda 22 oyun baş tutmuşdu ki, bu zaman qapılara 70 qol vurulub. Bunları topladıqda isə yekun rəqəm 2999 edirdi.
