Mahir Mədətov soyadı və atasından imtina etdi – FOTO
10.05.2019 , 15:58

“Qarabağ”ın futbolçusu Mahir Mədətov yeni şəxsiyyət vəsiqəsi alması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Millimizin üzvü Mədətov soyadı ilə yanaşı, atası Anarın da adından imtina edib. O, şəxsiyyət vəsiqəsində ata yerində babası Mahirin adını göstərib.
Qeyd edək ki, futbolçunun valideynləri ayrılıb. Atası Anar Mədətov başqa qadınla ailə həyatı qurub. Mahir Mədətov da buna görə atasından imtina edib.
