Futbol

Mahir Emrelinin transfer qiyməti artdı

16.10.2021 , 12:24

Millimizin forvardı Mahir Emrelinin transfer dəyəri artıb.

Korner.az-ın məlumatına görə, “Transfermarkt” Polşa Ekstraklasasında çıxış edən futbolçuların qiymətini müəyyənləşdirib.  “Legiya”nın hücumçusu Mahir Emrelinin qiyməti 1 milyon 200 min avro məbləğində artaraq 2 milyon avroya çatıb.

Qeyd edək ki, Mahir yayda “Legiya”ya transfer olunmuşdu.

Son yazılar

Yuxarı