Mahir Emrelinin son durumu açıqlandı
07.10.2019 , 16:46

Azərbaycan Premyer Liqasının VII turunda “Sabah”la oyunda (2:0) zədələnərək meydanı erkən tərk edən “Qarabağ”ın futbolçusu Mahir Emreli bu gün tibbi müayinədən keçib.
Korner.az xəbər verir ki, Mahirin ayaq bağlarında dartınma olduğu aşkarlanıb. Bu barədə klubun “facebook” səhifəsi məlumat yayıb.
Futbolçunun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
