Mahir Emrelinin komandası səfərdə qalib gəldi
23.02.2026 , 08:45
Almaniya II Bundesliqasında 23-cü turda “Kayserslautern” səfərdə “Proyssen Munster”i 3:2 hesabı ilə məğlub edib.
Korner.az xəbər verir ki, komandada çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli uzun fasilədən sonra ilk dəfə oyuna qoşulub və 88-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, hazırda “Kayserslautern” 37 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.