Mahir Emreli rəsmən “Legiya”da
08.06.2021 , 22:18

“Qarabağ”dan ayrılan Mahir Emrelinin Polşanın “Legiya” klubuna keçidi rəsmiləşib.
Korner.az xəbər verir ki, 24 yaşlı hücumçu ilə 2024-cü ilin 30 iyununa qədər müqavilə imzalıb.
Bu barədə klubun saytı məlumat yayıb.
Qeyd edək ki, Emreli 2015-ci ildən Ağdam təmsilçisində çıxış edirdi.
