Mahir Emreli rəmzi komandada
19.05.2025 , 14:48

Almaniyanın 2-ci Bundesliqasında həftənin rəmzi komandası məlum olub.
Korner.az xəbər verir ki, simvolik “11-lik”də Azərbaycan millisinin üzvü Mahir Emreli də yer alıb.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Futbolçu hazırda “Nürnberq”də forma geyinir. O, mövsümün sonunda komandasından ayrılacaq.
