Mahir Emreli Polşa klubuna keçir?
01.05.2021 , 15:32
“Legiya” klubu “Qarabağ”ın futbolçusu Mahir Emrelini transfer etmək istəyir.
Korner.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı hücumçu Varşava təmsilçisində oynamağa hazırdı və ona təklif olunan şərtlərdən razı qalıb. Xəbərdə Emreliyə Türkiyə, Rusiya, Macarıstan və Portuqaliya klublarından da maraq olduğu qeyd edilib.