Mahir Emreli millinin düşərgəsini tərk etdi
07.10.2020 , 11:22
“Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan millisinin düşərgəsindən ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Mahir zədəli olduğu üçün Azərbaycan milli komandasının Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Monteneqro, ayın 13-də isə Kipr yığması ilə keçirəcəyi oyunlara hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışında iştirakını dayandırıb.
