Futbol

Mahir Emreli millidən kənarda

12.10.2021 , 16:04

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib.
Korner.az xəbər verir ki, UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli Serbiya – Azərbaycan oyununda iştirak edə bilməyəcək.

Son yazılar

Yuxarı