Mahir Emreli İspaniya klubuna keçir?
31.07.2019 , 17:47

“Malaqa” və “Ekstremadura”nın transfer hədəfində olan “Qarabağ”ın futbolçusu Mahir Emreli ilə bağlı növbəti xəbər yayılıb.
Korner.az grada3.com-a istinadən xəbər verir ki, hücumçu “Ekstremadura”ya keçməyə yaxındır.
Klubun əsas transfer hədəfi Xuanxo Narvaes olsa da,onun keçidi baş tutmayıb.Klub Mahiri almaq fikrindədir.Komandanın baş məşqçisi Manuel Moskera da bu keçidin tərəfdarıdır.
Qeyd edək ki,futbolçu ötən mövsüm 16 qolla Premyer Liqanın bombardiri olub.
