Mahir Emreli “Dinamo”dan ayrıldı
01.08.2024 , 20:38

Mahir Emreli Zaqreb “Dinamo”sundan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, Mahir 2022-ci ildən “Dinamo”da çıxış edirdi.
