Mahir Emreli “Beşiktaş”a təklif olundu
06.07.2020 , 17:23
“Qarabağ”ın hücumçusu Mahir Emreli Türkiyənin “Beşiktaş” klubuna təklif edilib.
Korner.az xəbər verir ki, bu barədə “Fotospor” nəşri məlumat yayıb.
İstanbul klubunun prezidenti Ahmet Nur Çebinin ən yaxşı azərbaycanlı futbolçuları oynada biləcəkləri barədə açıqlama verməsindən sonra belə hal baş verib. Bildirilir ki, Mahir karyerasını ölkə xaricində davam etdirməkdə maraqlıdır.
Qeyd edək ki, Emreli ötən mövsüm 7 qolla Azərbaycan çempionatında bombardir olub.