Mahir Emreli bərpa dönəmini geridə qoydu
28.03.2023 , 18:38

Azərbaycan millisinin hücumçusu Mahir Emreli zədəsini sağaldıb.
Korner.az xəbər verir ki, “Konyaspor”da forma geyinən Emreli zədədən sonrakı bərpa dönəmini artıq geridə qoyub.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. O, tezliklə komanda ilə birlikdə məşqlərə başlayacaq.
Mahirin “Konyaspor”un “Ümraniyespor”la qarşıdakı oyununa tam hazır olacağı gözlənilir.
Qeyd edək ki, “Ümraniyespor” – “Konyaspor” matçı aprelin 2-də keçiriləcək.
